Koronavirus peyvəndi ilk dəfə sınaqdan keçiriləcək

Koronavirus peyvəndi ilk dəfə sınaqdan keçiriləcək
Siyasət 1311

Dünyada sürətlə yayılan koronavirus pandemiyasının qarşısını almaq üçün hazırlanan peyvənd ilk dəfə sınaqdan keçiriləcək.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-da hazırlanan peyvənd Vaşinqtonda 45 yaşlı sağlam bir şəxsdə sınaqdan keçiriləcək.

Sınağın əsas məqsədi peyvəndin əks təsirinin olub-olmadığını yoxlamaqdır.

Mütəxəssislər peyvəndin sınağının ilk mərhələsinin uğurlu olacağı təqdirdə, prosesin yekunlaşmasının 8-12 ay çəkəcəyini açıqlayıblar.

Son xəbərlər