Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

18
apr
2019
18:45
Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.Dəyişikliyə əsasən qanunda 71.2-ci maddə aşağıdakı redaksiyada verilir:“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.”;1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin:“73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Prezident bu şəxslərin maaşını iki dəfə artırdı
Hesablama Palatası üzvlərinin maaşı artırılıb.Bu barədə prezident İlham Əliyevin “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə imzaladığı qan...
