Kolumbiyada səkkiz azərbaycanlı miqrant xilas edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Kolumbiyanın hərbi dəniz donanması San-Andres adasının sahillərində Nikaraqua, sonra isə ABŞ-a getməyə çalışan, aralarında 8 azərbaycanlının da olduğu 31 miqrantı xilas edib və gəminin iki heyət üzvünü saxlayıb.
Bu barədə “Report” “Vozdeamerica.com”a istinadən xəbər verir.
Qeyd edilir ki, Kolumbiya Sahil Mühafizəsi San Andres adasının cənubunda 13-ü Ekvador, 9-u Venesuela, 8-i Azərbaycan və 1-i Çili olmaqla, 31 nəfərin olduğu, heç bir təhlükəsizlik tədbirinə əməl etməyən gəmini saxlayıb.
Qaydalara uyğun hərəkət etməyən gəmidə altı azyaşlı uşaq da aşkarlanıb. Onlar San Andresdəki əsas Sahil Mühafizəsi xidmətinə aparılıblar.
Qalereya
Oxşar xəbərlər
İzmir sahillərində 14 qeyri-qanuni miqrant yaxalanıb
Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində rezin qayıqla hərəkət edən 14 qeyri-qanuni miqrant saxlanılıb. "Report" xəbər verir ki, Sahil Mühafizəsi...