İzmir sahillərində 14 qeyri-qanuni miqrant yaxalanıb
24
iyl
2023
20:20
Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində rezin qayıqla hərəkət edən 14 qeyri-qanuni miqrant saxlanılıb.
"Report" xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamaya görə, rayon sahillərində rezin qayıqda bir qrup nizamsız miqrant təsbit edilib və bir Sahil Mühafizə gəmisi bölgəyə göndərilib.
Ekipaj heyəti hərəkətdə olarkən dayandırılan qayıqda 14 immiqrantı yaxalayıb.
Qeyri-qanuni miqrantlar Rayon Miqrasiya İdarəsinə təslim edilib.
Oxşar xəbərlər
Süleyman "Titanik"in qəzaya uğradığı yerə atasını sevindirmək üçün getmişdi...
"Titanik"in qəzaya uğradığı yerə gedərkən itən "Titan" adlı sualtı qayıqda ekipaj üzvlərindən 19 yaşlı Süleymanın səfərə qatılma səbəbi ilə bağlı detal ortaya ç...