Tunis sahillərində miqrantları daşıyan 2 qayıq batdı: Çox sayda itkin düşən var

Tunis sahillərində miqrantları daşıyan 2 qayıq batdı: Çox sayda itkin düşən var
Siyasət 72

Tunisin cənub sahillərində qeyri-qanuni miqrantları daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sfax Məhkəməsinin rəsmisi Fevzi Mesmudi yerli mətbuata verdiyi açıqlamasında bildirib.

Məlumata görə, Sfax şəhərindən 35 mil uzaqlıqda batan birinci qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın miqrant isə itkin düşüb.

Mühacirlərin axtarış-xilasetmə işləri davam edir.

Aralıq dənizində batan ikinci qayıqda 43 qeyri-qanuni miqrantın olduğu bildirilir. Onlardan 36-nın xilas edildiyi, 4-nün cəsədinin tapıldığı, 3 nəfərin isə dənizdə batdıqdan sonra itkin düşdüyü bildirilir.

Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya səyahət etmək üçün Tunisə gəlir. Tunisdə mühacir məhəllələrində yaşayan miqrantların bir qismi Avropaya çatmağı bacarsa da, bəziləri dənizdə ölür.

Son xəbərlər