İtaliya XİN-dən Avropaya miqrant axını barədə XƏBƏRDARLIQ

İtaliya XİN-dən Avropaya miqrant axını barədə XƏBƏRDARLIQ
Siyasət 80

İtaliyanın xarici işlər naziri Luici Di Mayo qida təhlükəsizliyi problemi həll edilmədiyi təqdirdə on minlərlə afrikalı miqrantın Avropada qalacağı ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

"Ərzaq böhranı ilə bağlı Afrikadan Avropaya daha on minlərlə miqrant axıın edəcək. İnanıram ki, BMT-nin rəhbərlik etdiyi kollektiv fəaliyyətə ehtiyacımız var”, - Di Mayo bildirib.

Nazir əlavə edib ki, ərzaq təhlükəsizliyi Avropa ölkələri üçün problem deyil. Onun fikrincə, taxıl problemi Afrikada yeni çevrilişlərə, terror təşkilatlarının yayılmasına və miqrasiyaya səbəb ola bilər.

Son xəbərlər