Köln hava limanında ağlasığmaz hərəkət: 57 yaşlı kişi...
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Köln Bonn hava limanında 57 yaşlı kişi avtomobili piyadaların üzərinə sürüb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Almaniyanın "DPA" agentliyi məlumat yayıb.
Polisin sözlərinə görə, insident nəticəsində bir neçə nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur.
Qeyd olunur ki, sürücü qapalı dayanacaqda avtomobili qəsdən piyadaların üzərinə sürüb.
Hadisə zamanı bir neçə avtomobilə də ziyan dəyib.
57 yaşlı şəxs saxlanılan zaman müqavimət göstərərkən iki polis əməkdaşını da yaralayıb.
Məlumata görə, həmin şəxs xəstəxanaya aparılıb. Ehtimal olunur ki, o, psixi pozğunluqdan əziyyət çəkir.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...