Türkiyə və Fransa Dağlıq Qarabağı müzakirə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonn arasında telefon danışığı olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, telefon danışığının gedişatında ikitərəfli əlaqələr, Türkiyə və Avropa Birliyi (AB) arasında münasibətlər, Şərq Aralıq Dənizi, Dağlıq Qarabağ, Suriyada və Liviyada münaqişə müzakirə edilib.
Tərəflər qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin bərpasının əhəmiyyətini qeyd ediblər.
Hökumət rəsmiləri Türkiyənin AB ilə əlaqələrini canlandırmaq üçün strateji addımların atılmasının və işbirliyinə diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.
Kalın və Bonn miqrasiya razılaşmasını yeniləməyə və yeni yol xəritəsinin hazırlığı prosesini sürətləndirməyi razılaşdırıblar.
Liviyada böhranını müzakirə edən Türkiyə və Fransa rəsmiləri müvəqqəti hökumət üzvlərinin seçilməsini alqışlayıblar.
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...