Azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Almaniya polisi erməni terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinən şəxsi avtobusdan düşürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Avropa bürosunun əldə etdiyi məlumata görə, buna səbəb onunla bir avtobusda səyahət edən 34 yaşlı Azərbaycan vətəndaşının polisə şikayət etməsi olub.
Belə ki, Almaniyanın Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusa minən 25 yaşlı erməni Azərbaycan vətəndaşının telefonla danışığını eşidəndən sonra erməni terrorçu, Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlı mülki əhalini amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinib.
Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. Həmvətənimiz erməniyə Almaniyada terror təşkilatı və terrorçuların təbliğatının qanunla qadağan olunduğu deyən zaman, sonuncu onu ağır ifadələrlə təhqir edib.
Yaranan mübahisəyə polis qarışmalı olub. Ermənistan vətəndaşı avtobusdan düşürülərək polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb, köynəyi dəyişdirilib və ilk dəfə üçün şifahi xəbərdarlıq edilib.
Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib.
Oxşar xəbərlər
Donald Tramp "erməni soyqırımı"na veto qoydu
ABŞ rəhbərliyinin “erməni soyqırımı” məsələsində mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəkindən fərqlənmir. BAKU.WS xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Dep...