Kliçko Ukraynanı "respublikaçıların girovu" adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nn Respublikaçılar Partiyası Konqresdə hərbi yardım məsələsi ilə bağlı mübahisəni davam etdirərək Ukraynanı girov saxlayır.
Bu barədə Kiyevin meri Vitali Kliçko “The Daily Beast” nəşrinə müsahibəsində bildirib.
Kliçko Ukraynaya hərbi yardım paketinin müzakirəsini şərh edib və respublikaçıların inadkarlığından məyus olduğunu qeyd edib.
Kiyev meri ümid edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp qalib gələrsə, partiya hərbi yardımın davam etdirilməsinə dəstək verəcək.
“Bu gün biz respublikaçıların Ukraynaya silah tədarükünün qarşısını aldığını görürük. Trampın ritorikasını eşidirik – bu, sadəcə seçki kampaniyasının nəticəsidir”, – Kiyev meri vurğulayıb.
O əlavə edib ki, Ukraynadakı münaqişənin səbəbi Avropa İttifaqının bir hissəsi olmaq istəyi olub və Respublikaçılar Partiyası ölkənin istəklərini dəstəkləməlidir.
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə seçkilər başlayıb
Türkiyədə yerli seçkilər başlayıb. Bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı,...