Kim cırıq cins şalvar geyinməyi qadağan etdi

Şimali Koreya lideri Kim Çen In yeni qadağaları ilə gündəmə gəlib.
BAKU.WS “Daily Mirror”a istinadən xəbər verir ki, tətbiq etdiyi qadağalar əsasən Şimali Koreyada yaşayan gənclər üçün nəzərdə tutulub.
Belə ki, Kim qısa və cırıq cins şalvar geyinməyi qadağan edib. Bundan sonra ölkədə bu geyim geyinən gəncləri ölüm gözləyir.
Çünki Kim qorxur ki, Şimali Koreyalı gənclər arasında özünüifadə və fərdilik ifadələri nəticədə ölkənin qurulmuş rejiminin devrilməsinə gətirib çıxara bilər.
Bundan başqa, gənclər müəyyən saç düzümlərindən də istifadə edə bilməyəcəklər. Çünki Kim elə düşünür ki, ekstravaqant "anti-sosialist" saç düzümləri onun hakimiyyətinə təhdiddir. Ölkə vətəndaşlarına seçim üçün icazə verilən saç kəsimlərinin məhdud siyahısı təqdim edilib.
Oxşar xəbərlər
Kim Çen In radioda çıxış etdi
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ağır xəstəliyə tutulması ilə bağlı iddialardan sonra yerli mediada ilk rəsmi xəbər çıxıb. BAKU...
