Keniyada partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub
30
okt
2023
19:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Keniyanın şimal-şərqində Somali ilə sərhəd yaxınlığında baş verən mina partlayışı nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü isə ağır yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Dadaab şəhərində polis maşını patrul xidməti zamanı minaya düşüb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Partlayışın arxasında “Aş-Şabab” terror qruplaşmasının yaraqlılarının ola biləcəyi güman edilir.
Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var.
Oxşar xəbərlər
Somalidə terror aktında ölənlərin sayı 21-ə çatıb
Somalinin mərkəzində nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb. “Report”un AFP-yə istinadən verdiyi məlumata gö...