Somalidə terror aktında ölənlərin sayı 21-ə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Somalinin mərkəzində nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb.
“Report”un AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə Somali polisi Əhməd Yare Adan bildirib.
“Binaların dağıntıları altında yeni meyitlər aşkar edildikdən sonra partlayış nəticəsində ölənlərin sayı 13-dən 21-ə yüksəlib”, - polis əməkdaşı açıqlayıb.
Bundan əlavə, azı 45 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı davam edir.
Qeyd edək ki, sentyabrın 23-də Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Kamikadze partlayıcılarla dolu yük maşını idarə edib. Hadisə nəticəsində onlarla insan kərpic və beton qalaqları altında qalıb.
Oxşar xəbərlər
Somalidə Efiopiya ordusunun 167 hərbçisi terrorçularla döyüşdə həlak olub
Somalinin qərbində Efiopiya ordusunun onlarla hərbçisi radikal “Aş-Şabab” qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşdə həlak olub. Bu barədə "Reuters" hərbi...