Somalidə hərbi bazada partlayış: Azı 15 nəfər öldü - YENİLƏNİB

Şənbə günü Somalinin paytaxtı Moqadişodakı hərbi bazada terror aktı baş verib.
Partlayış nəticəsində azı 15 nəfər həlak olub.
Məlumata görə, Vadajir rayonunda keçmiş qənnadı fabrikinin binasında yerləşən bazanın ərazisində kamikadze özünü partladıb.
Baza elit bölmələr üçün təlim mərkəzi kimi istifadə olunur.
***22:40
Somalinin paytaxtı Moqadişo şəhərində hərbi bazada güclü partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə şənbə günü yerli "Garove" xəbər portalı məlumat yayıb.
Məlumata əsasən, Vadezir rayonundakı keçmiş fabrikin binasında yerləşən bazanın ərazisində terrorçu-intiharçı özünü partladıb.
Partlayış nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.
Oxşar xəbərlər
Kiyevə kamikadze dronlar ilə zərbələr endirilib, Kliçko əhaliyə müraciət edib - YENİLƏNİB/FOTO
Kiyev şəhər meri Vitali Kliçko kamikadze-dronları ilə hücum səbəbindən Ukraynanın paytaxtında bir neçə yolda hərəkət məhdudlaşdırılıb. BAKU.WS-in məlumatına gö...
