Kəmaləddin Heydərov sabiq rəisin oğluna vəzifə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna yeni vəzifə verib.
BAKU.WS-in Qaynarinfo-ya istinadla məlumatına görə, nazirin müvafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad olunaraq, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi rəisi təyin olunub.
Qeyd edək ki, Gəncə Regional Mərkəzi rəisi polkovnik Asif Eltufat oğlu Məmmədli FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini - qərargah rəisi təyin edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...