Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...