Keçmiş icra başçısına yeni vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.
BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Eldar İsmayılov gətirilib.
Məlumata görə, iyunun 22-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, eləcə də şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.
1990-cı ildə Ali Sovetinin deputatı seçilib.
1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999-2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub.
2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparat rəhbəri postunu tutub.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 16-da imzaladığı sərəncamla "Şöhrət" ordeni ilə təltif edilib.
Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib.
Fotoda Eldar İsmayılov
Oxşar xəbərlər
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada görüşünə dair videoçarx paylaşılıb. BAKU.WS pay...