Keçmiş deputat vəzifəyə seçildi
Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Konfransda təşkilati məsələlər müzakirə edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov səsvermə yolu ilə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Qeyd edək ki, Aqil Məmmədov Yeni Azərbaycan Partiyasından Milli Məclisin 6-cı çağırış deputatı olub.
Oxşar xəbərlər
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. BAKU.WS xəbər ve...