TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək
14
sen
2026
10:03
Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündə məlumat verib.
O qeyd edib ki, bəyannamədə, o cümlədən tədbir çərçivəsində qəbul ediləcək əlavə qərarlarda və kommunikedə TDT müsəlman liderlərinin qarşısında duran vacib məsələlər, məqsədlər öz əksini tapacaq.
TDT baş katibi deyib ki, Bakıda, həmçinin müsəlman dini liderlərin görüşünə sədrlik də dəyişəcək.
Oxşar xəbərlər
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innova...