Keçmiş MTN-in həbsdən çıxan idarə rəisindən AÇIQLAMA
04
may
2019
18:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azadlığa buraxılmağıma görə, bir hərbçi kimi Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.BAKU.WS-in məlumatına görə, bunu ONA-ya açıqlamasında bu gün azadlığa buraxılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Nəqliyyat Təhlükəsizliyi İdarəsinin rəisi Akif Əliyev deyib.O, azadlığa çıxdığı üçün sevincli olduğunu dilə gətirib: “Azadlığım mənim üçün dövlətimə xidmət etmək naminə bir şansdır. Mən hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olmuşam və dövlət maraqlarını hər şeydən üstün tutmuşam”.A. Əliyev həbsdən çıxan kimi vəkili Anar Qasımlı ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib.Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmə A. Əliyevin cəzasını 5 ildən 3 il 6 aya endirib. Cəza müddəti başa çatdığı üçün o, bu gün azadlığa buraxılıb.A.Əliyev keçmiş MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, A. Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Çovdarovun adamı həbsdən buraxıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb.BAKU.WS report-a istinadən xəbər verir ki, ötən ay A...