Kanadada dəhşətli hadisə - Polis geyimli şəxs 16 nəfəri öldürdü - FOTO

Kanadada dəhşətli hadisə - Polis geyimli şəxs 16 nəfəri öldürdü - FOTO
Siyasət 322

Kanadada polis geyimində olan şəxs odlu silahla dinc əhaliyə atəş açaraq 16 nəfəri öldürüb.

BAKU.WS “Reuters”ə istinadən xəbər verir ki, 51 yaşlı Qabriel Uortman polis forması geyinib və silahlanıb.

O, patrul maşınında olub. Silahlı şəxs insanları hədəf seçib. Polis Qabrielin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində 51 yaşlı Qabrielin özü də öldürülüb.

Ümumilikdə isə onun törətdiyi əməliyyat nəticəsində 16 nəfər həlak olub.

Qeyd edək ki, ilk əvvəl Qabriel Uortman insanlara atəş açmağa Portalik şəhərində başlayıb. Daha sonra Portalikdən 50 km radiusda olan bir sıra digər yaşayış məntəqələrində insanları güllələyib.

Faktla bağlı araşdırma aparılır.

Kanadada dəhşətli hadisə - Polis geyimli şəxs 16 nəfəri öldürdü - FOTO

Son xəbərlər