Tramvayda oturanlara atəş açanla bağlı FAKTLAR - FOTO+VİDEO

Tramvayda oturanlara atəş açanla bağlı FAKTLAR - FOTO+VİDEO
Video
Siyasət 1030
Bazar ertəsi günü Hollandiyanın Utrext şəhərində bir kişi tramvayda açdığı atəşlə üç nəfəri öldürüb, beş nəfəri isə yaralayıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Türkiyədə doğulmuş 37 yaşlı Gökmen Tanış hücumdan bir neçə saat sonra hadisə yerindən 3 km uzaqlıqda bir binada tapılıb.BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, dünən yerli saatla 10:45-də şəhər tramvayında sərnişinlərdən biri anidən ayağa qalxıb və böyük bir silahla oturanlara atəş açmağa başlayıb.
Tramvayda oturanlara atəş açanla bağlı FAKTLAR - FOTO+VİDEO
Hollandiya hökuməti hücum edənin motivlərinin bəlli olmadığını deyir. Polis hücumun terror hadisəsi və ailə səbəbləri olduğunu istisna etmir. Gökmen Tanışın Türkiyənin Kayseri bölgəsində yaşayan atası Mehmet Tanış oğlu ilə 11 ildi danışmadığını bildirib.
Tramvayda oturanlara atəş açanla bağlı FAKTLAR - FOTO+VİDEO
37 yaşlı Gökmen Tanış yaşadığı Utrecht şəhərində sosiallaşmağı sevməyən biri kimi tanınır. Onu tanıyanların sözlərinə görə, Gökmen Tanış əvvəllər Rusiyanın Çeçenistan Respublikasında döyüşüb. Cihadçı qruplar, eləcə də özünü İslam Dövləti adlandıran hərbi qruplaşma ilə əlaqəsi olub. Hətta İŞİD-lə əlaqəsi olduğuna görə saxlanılıb və daha sonra sərbəst buraxılıb.BAKU.WS

Son xəbərlər