Kanada keçmiş nasistin Rusiyaya ekstradisiyasına icazə verməyib

Kanada keçmiş nasistin Rusiyaya ekstradisiyasına icazə verməyib
Siyasət 1

Kanada hakimiyyəti keçmiş SS veteranı Yaroslav Xunkanı (Qunko) Rusiyaya ekstradisiya etməkdən imtina edib.

Bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Kanada tərəfi iki ölkə arasında ekstradisiya müqaviləsinin olmamasını əsas gətirib.

“Ölkələrimiz arasında ekstradisiya müqaviləsinin olmaması əsas gətirilərək ekstradisiya tələbimiz rəsmi olaraq rədd edildi”, - agentliyin mənbəsi bildirib.

Bundan əvvəl Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov bildirib ki, Rusiya səfirliyi 2023-cü il dekabrın 19-da Rusiya Baş Prokurorluğundan 98 yaşlı Ukrayna SS veteranının ekstradisiyası ilə bağlı sorğunu Kanadaya göndərib.

Rusiyada ona qarşı etnik qrupun tamamilə məhv edilməsinə yönəlmiş hərəkətlər maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər