Kadırovun yüksək vəzifəyə təyin olunan 15 yaşlı oğlu barədə MARAQLI FAKTLAR - FOTO/VİDEO

Kadırovun yüksək vəzifəyə təyin olunan 15 yaşlı oğlu barədə MARAQLI FAKTLAR - FOTO/VİDEO
Foto Video
Siyasət 0

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov ötən gün yüksək vəzifəyə təyin olunub.

BAKU.WS xəbər verir ki, Adam Kadırov Çeçenistan Respublikasının başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Adam Kadırov 2007-ci il noyabrın 24-də anadan olub. Onun atası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, anası isə Medni Musayevna Kadırovadır. O, Kadırovlar ailəsinin üçüncü oğul övladıdır.

2013-cü ildə 6 yaşı olarkən Adam Rusiyanın ən gənc hafizi (Qurani-Kərimi əzbərləyən şəxs) adını qazanıb. O, uşaqlıqdan döyüş sənəti və boksla məşğul olub, beynəlxalq MMA turnirində debüt edib. Bir sıra döyüşçülər (Fedor Emelianenko da daxil olmaqla) bu təcrübəni tənqid ediblər, çünki 14 yaşı olmamış şəxslərin oktaqona çıxması qadağandır. 2016-cı il oktyabrın 4-də 8 yaşında Qroznıda keçirilən "Axmat Qran Pri" turnirində qarışıq döyüş sənətinin həvəskar qaydaları üzrə döyüşdə iştirak edib və burada Şimali Osetiyadan olan David Xalatov üzərində qələbə qazanıb.

2019-cu ildə 11 yaşlı Adam Kadırov “Dirilmiş Ərtoğrul” adlı türk serialında epizodik rolda çəkilib.

Bu il, 15 yaşında "vacib" və "məsuliyyətli" bir vəzifəyə - Çeçenistan Respublikası başçısının təhlükəsizlik şöbəsinin müdiri təyin edilib. Atası bunu onunla əsaslandırıb ki, oğlanın respublika qarşısında çoxlu xidmətləri olub və belə bir vəzifə tutmağa qadirdir.

Son xəbərlər