Jurnalistlər də Xankəndidən qaçmağa başladı

Jurnalistlər də Xankəndidən qaçmağa başladı
Siyasət 4712

Mülki əhalidən sonra xarici jurnalistlər də Azərbaycanın işğal altında olan torpaqlarını tərk etməyə başlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb. Agentliyin əməkdaşının sözlərinə görə, jurnalistlər şəhərdən taksi və ya avtobuslarla çıxırlar. Onların Ermənistan - Gorus ərazisinə getdikləri deyilir.

Xatırladaq ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar sentyabrın 27-dən başlayıb. 9 günlük savaş ərzində rəşadətli Azərbaycan Ordusu işğal altında olan kəndləri, o cümlədən Cəbrayılın şəhər mərkəzi, ermənilərin Madagiz adlandırdığı, sonradan prezident İlham Əliyevin tarixi adını bərpa etdiyi Suqovuşanı, o cümlədən bir sıra strateji yüksəklikləri azad ediblər. Düşmənin yüzlərlə hərbi texnikası, o cümlədən çox sayda canlı qüvvəsi məhv edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi əcnəbi jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə, Ermənistanın onları istismar etməsinə imkan verməməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırıb.

Son xəbərlər