Jirinovski Leninin nəşini yandırmağı təklif edib

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ-nin lideri Vladimir Leninin nəşini yandırmağı təklif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu təkliflə “Vesti FM”-in efirində çıxış edib.
Jirinovski hesab edir ki, Leninin külü atasının və ya anasının məzarının yanında basdırılmalıdır.
Deputatın sözlərinə görə, o amerikalı rəssam Devid Datunun Leninin nəşini almaq təklifinə müsbət yanaşıb:
“Məqbərəni ora hissə-hissə daşıyardım. Və o bizə 1 milyarda qədər ABŞ dolları ödəməyə hazırdır. Əgər Allah xatirinə belə böyük bir məbləğ əldə etsək... Xahiş edirəm, satmayaq, krematoriyə gedək, cəsədi yandırıb kolbanı basdıraq”.
Oxşar xəbərlər
SSRİ-dən qalan köhnə əşyalar indi baha qiymətə satılır - FOTO
SSRİ-dən qalan bir çox əşya bəzi mənzillərin şkaflarını hələ də bəzəyir. BAKU.WS xəbər verir ki, bir çox valideynlər və yaşlı insanlar üçün bu əşyalar dəyərli o...
