İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya çatdı
İsrailin Azərbaycandakı yeni təyin olunmuş səfiri Ronen Kraus artıq Bakıya gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı səfirliyi öz rəsmi sosial media hesablarında paylaşıb.
Paylaşıma əlavə olunan videoda yeni səfirin hava limanında çəkilmiş görüntüləri əks olunub. Diplomatın Azərbaycan dilində səsləndirdiyi "Salam!" ifadəsi ilə ictimaiyyətə ilk müraciəti diqqət çəkib.
Qeyd edək ki, Ronen Kraus 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru vəzifəsində çalışarkən Azərbaycana səfir təyin olunub. O, bu vəzifədə Corc Diki-ni əvəz edib.
Oxşar xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Baş Prokurorluqda yeni təyinatlar olub. BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Baş prokuror Kamran Əliyevin müvafiq...