İranın Naxçıvana dron hücumundan sonra beynəlxalq ictimaiyyətdən ölkəmizə TAM DƏSTƏK
2026-cı ilin 5 mart tarixində İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu nəticəsində mülki infrastruktura zərər dəyib və insanlar xəsarət alıb.
Azərbaycan bu hücumu beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirərək İran tərəfinə rəsmi etirazını bildirib və cavab tədbirləri görmək hüququnu saxladığını bəyan edib.
Hadisədən dərhal sonra dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın suverenliyinə dəstək ifadə edən bəyanatlar səsləndirib. Həmçinin diplomatik kanallar vasitəsilə həmrəylik nümayiş etdiriblər. Azərbaycanın Xarici İşlər Nazirliyi bu dəstək mesajları, telefon zəngləri və rəsmi açıqlamalara görə bütün tərəfdaş ölkələrə təşəkkür edib.
Azərbaycana ən yüksək səviyyədə dəstək verən ölkələrin adlarını təqdim edirik:
Albaniya
Almaniya
ABŞ
Avstriya
Bəhreyn
Belarus
Belçika
Bosniya və Herseqovina
Bolqarıstan
Böyük Britaniya
Birləşmiş Ərəb Əmirlikləri
Çexiya
Efiopiya
Ermənistan
Estoniya
Finlandiya
Fransa
Gürcüstan
Xorvatiya
İordaniya
İraq
İspaniya
İsrail
İsveçrə
İtaliya
Qazaxıstan
Qətər
Qırğızıstan
Küveyt
Latviya
Litva
Liviya
Macarıstan
Mərakeş
Moldova
Monteneqro
Norveç
Pakistan
Polşa
Rumıniya
Serbiya
Slovakiya
Sloveniya
Sudan
Türkiyə
Türkmənistan
Ukrayna
Yunanıstan
Özbəkistan
We express our sincere gratitude for the statements of support, letters, and phone calls received from our international partners following the Iranian drone strikes against the territory of the Republic of #Azerbaijan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) March 6, 2026
We highly value the solidarity shown with Azerbaijan and… pic.twitter.com/XPAqVjdQJ4
Azərbaycan XİN paylaşıma əlavə olaraq bunları qeyd edib:
"Azərbaycan Respublikasının ərazisinə İran dronlarının hücumundan sonra beynəlxalq tərəfdaşlarımızdan daxil olan dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk. Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına verilən açıq dəstəyi yüksək qiymətləndiririk. Bu dövrdə Azərbaycanın yanında olan bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək qiymətləndiririk".
Hadisədən sonra müxtəlif beynəlxalq təşkilatlar və diplomatik missiyalar hücumu pisləyən açıqlamalar yayıb;
bir sıra ölkələrin xarici işlər nazirləri və diplomatik nümayəndələri Azərbaycan tərəfi ilə əlaqə saxlayaraq həmrəylik ifadə ediblər;
Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi məktublar və telefon zəngləri daxil olub;
sosial şəbəkələrdə, xüsusilə X platformasında çoxsaylı dövlət rəsmiləri tərəfindən dəstək və həmrəylik mesajları paylaşılıb.
Azərbaycana dəstək olan beynəlxalq təşkilatların adları:
Birləşmiş Millətlər Təşkilatı (BMT)
İslam Əməkdaşlıq Təşkilatı
Türk Dövlətləri Təşkilatı
İqtisadi Əməkdaşlıq Təşkilatı
Avropa İttifaqı
Beynəlxalq Mülki Müdafiə Təşkilatı
Prezident İlham Əliyevin diplomatik fəaliyyəti
Hadisədən sonra Prezident İlham Əliyev bir sıra ölkələrin liderləri ilə telefon danışıqları apararaq regiondakı vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə edib. Dövlət və hökumət başçıları Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə dəstək ifadə ediblər.
Bu təmaslar göstərir ki, Azərbaycan regionda mühüm geosiyasi aktor kimi qəbul olunur və ölkə rəhbərliyinin diplomatik əlaqələri beynəlxalq səviyyədə geniş dəstək formalaşdırmağa imkan verir.
Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi
İranın dron hücumu ilə bağlı yaranmış vəziyyətdə dünyanın müxtəlif bölgələrindən gələn siyasi dəstək mesajları bir neçə mühüm məqamı nümayiş etdirir.
Bütün bu dövlətlərin məlum reaksiyası Azərbaycanın və Prezident İlham Əliyevin şəxsi nüfuzunun baris nümunəsi və bunların nəticəsi olaraq ölkəmizin regiondakı rolunun göstəricisidir.
Dünyanın aparıcı ölkələrinin əksəriyyətinin Azərbaycana dəstək verməsi beynəlxalq ictimaiyyətdə ölkəmizin mövqeyinə tam dəstəyi göstərir.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. BAKU.WS xəbər ve...