Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan arasında davamlı sülh və sabitlik, həmçinin regional əməkdaşlıq üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu addımlar Cənubi Qafqazda sülhün artıq praktik müstəvidə öz əksini tapmağa başladığını göstərir.
"Bu dinamikanın qorunması və ən qısa zamanda daimi sülh sazişi ilə yekunlaşması ən böyük arzumuzdur", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...