İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
"Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, saat 18:00-dan 21:00-a qədər 76 nəfər İrandan Azərbaycana təxliyə olunub.
Təxliyə olunanlardan 1 nəfəri Avstriyanın səfiri, 8 nəfəri (1 ABŞ, 2 Yaponiya, 1 Pakistan, 4 Avstriya) isə İranda fəaliyyət göstərən xarici səfirliklərin diplomatları olub.
Bundan başqa 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...