İranda MOSSAD üçün fəaliyyət göstərən 2 nəfər saxlanılıb

İranın Hüquq-Mühafizə Qüvvələri İsrailin xarici kəşfiyyat xidməti MOSSAD üçün fəaliyyət göstərdiyi müəyyən edilən 2 nəfərin saxlanıldığını açıqlayıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, bldirilib ki, həmin şəxslər Elburz vilayətinin Savocbolag şəhərində aparılan əməliyyat zamanı tutulub. Onların aylarla aparılan izləmə nəticəsində müəyyən edildiyi qeyd olunub.
Saxlanılan şəxslərin partlayıcı maddələr, əl işi bombalar və xüsusi elektronik avadanlıqlar hazırladığı aşkarlanıb.
Əməliyyat zamanı gizli evdən çox sayda partlayıcı maddə, texniki avadanlıq və məxfi sənədlər götürülüb.
Açıqlamada bu əməliyyatla bir neçə təxribatın qarşısının alındığı və məsələ ilə bağlı əlavə məlumatların yaxın günlərdə veriləcəyi bildirilib.
Oxşar xəbərlər
Tramp Azərbaycan və Ermənistanla bağlı paylaşım edib
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Ni...
