İran ABŞ-nin İsraildəki səfirliyini vurdu - Trampın təhdidindən sonra...
Yaxın Şərqdə gərginlik daha da artır. İranın atdığı raket ABŞ-ın İsrailin Təl-Əviv şəhərində yerləşən səfirliyinə düşüb.
BAKU.WS xəbər verir ki, bu hücum ABŞ Prezidenti Donald Trampın "Amerika bazalarına hücum olarsa, tam gücümüzlə cavab verəcəyik" açıqlamasından bir neçə saat sonra baş verib.
Hadisə ABŞ-nin bölgədəki münaqişəyə daha dərindən qarışacağı ilə bağlı narahatlıqları artırıb.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakkabi bildirib ki, partlayışın təsiri ilə bina zərər görsə də, amerikalı əməkdaşlar xəsarət almayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu hücumdan əvvəl verdiyi açıqlamada "İran rejimi artıq zəifdir. Tezliklə dəyişiklik olacaq" deyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. BAKU.WS xəbər verir ki, Xankəndi şəhərində, Ağ...