"iPhone"un gecə sönməsi ilə bağlı problem var?

iPhoneun gecə sönməsi ilə bağlı problem var?
Siyasət 5

"Apple gecə saatlarında smartfonların sönməsi ilə bağlı problemi həll və ya şərh etməyib".

BAKU.WS xəbər verir ki, bu barədə "ZDNet" məlumat yayıb.

Jurnalistləri "Reddit"də "iPhone"un gecə saatlarında gözlənilmədən sönməsi ilə bağlı yazılara diqqət çəkiblər.

Bir çox müəlliflərin sözlərinə görə, onların telefonları gecə saatlarında sönməyə başlayıb, lakin səhər yenidən açılıb.

İstifadəçilər qeyd ediblər ki, telefon səhər açılan zaman parol tələb etməsəydi, problemi aşkar etməzdilər. Çünki, adətən "iPhone" işə saldıqdan və ya yenidən başladıqdan sonra parol daxil etməyi tələb edir.

Nəşrlərə əsasən, müəmmalı problem konkret olaraq "iPhone 15" və ya "iOS 17" ilə bağlı deyil. Müxtəlif smartfonların və iOS-un müxtəlif versiyalarının istifadəçiləri problemlərdən şikayətləniblər.

Həmçinin bildirilib ki, "iPhone 13 Pro Max" modelində də eyni problem yaşanıb.

Son xəbərlər