İlham Əliyev Tiencin şəhərində "Powerchina group" şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində "Powerchina group" şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, "ağıllı enerji sistemləri"nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...