İlham Əliyev Paraqvay prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya təbrik məktubu göndərib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Paraqvay Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə
Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".
Oxşar xəbərlər
Mikayıl Cabbarov Lionel Rapay ilə müzakirələr aparıb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Avropa İnvestisiya Bankının direktoru Li...
