İlham Əliyev Lukaşenkonu yenidən prezident seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Fridrix Ştift: İranda hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalacağıq
İranı tərk edərək digər dörd avstriyalı diplomatla birgə Azərbaycana keçən Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift qəbula görə Azərbaycan tərəfinə təşəkkürü...