İlham Əliyev Konqo Prezidentini təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev konqolu həmkarı Deni Sassu Nqessoya təbrik məktubu göndərib.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Sizin keçən il ölkəmizə iki səfəriniz əməkdaşlığımızın genişlənməsinə əhəmiyyətli təkan vermişdir.
Hazırda Azərbaycan ilə Konqo arasında formalaşmış dostluq münasibətləri siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar yaratmışdır.
Əminəm ki, Azərbaycan-Konqo əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...