İlham Əliyev: "Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir"
"Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlobal töhfələr mümkün olmayacaq. Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
"Mən inanıram ki, həm Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər də paralel olaraq eyni vaxtda bərqərar olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
"İlin sonuna qədər Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir". BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublik...