İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"
"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
Bunun əla göstərici olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb".
Oxşar xəbərlər
Prezident: "Azərbaycanın "C6" formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"
"Azərbaycanın bu formatda ("C6" formatı - red.) iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir". BAKU.WS AZƏRTAC...