İlham Əliyev: Azərbaycan enerji sahəsində Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir

Enerji sahəsində Avropa Azərbaycan üçün əsas bazardır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edərkən deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu deyib və bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğulayıb:
"Azərbaycan Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir".
Oxşar xəbərlər
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb. Bununla bağlı BAKU.WS President.az...