İlham Əliyev: ABŞ-la yenidən dost münasibətlərinə ümid edirik
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ABŞ-la yenidən dost münasibətlərinin olacağına ümid edirik.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.
"Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik".
Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb.
"Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı".
Döğvlət başçısı qeyd edib ki, bir çox məsələlər bizi birləşdirir.
"Tramp administrasiyası ilə əlaqələr yaxşıdır. Ümid edirik müsbət tendensiyalar davam edəcək. Artıq bu görünür. Cənubi Qafqazda proseslərdə Amerikanın iştirakını görürük. Onlar Ermənistan Azərbaycan arasında uzunmüddətli münaqişənin həllinə töhfələrini verməyə çalışırlar. Düşünürəm ki, gələcəkdə biz daha çox xəbərləri eşidəcəyik".
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...