İcma sədri: Qərbi Azərbaycana qayıdışın qarşısını alacaq heç bir qüvvə yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, bunun qarşısını alan heç bir qüvvə yoxdur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli "Mirasa Sahibik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan məqsədlərinə doğru addım-addın irəliləyir.
İcma sədri əlavə edib ki, son bir ildə ölkənin təhsil müəssisələrində Qərbi Azərbaycana qayıdışla bağlı silsilə tədbirlər təşkil olunur:
"Biz tarixi və milli ənənələrə malik gənc nəsil yetişdiririk. Əks halda nə millətə, nə də Vətənə xeyir gələr. Belə bir nəslin formalaşmasında gənc müəllimlərin rolu böyükdür".
Oxşar xəbərlər
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiq edilib. BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Qərara...