İcma rəhbəri: Qərbi Azərbaycana qayıdış ideyası ümummilli hədəfimizdir
İcma rəhbəri Qərbi Azərbaycana qayıdış ideyasının ümummilli hədəf olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Nazirlər Kabinetinin hesabatında da bu məsələyə xüsusi yer verilib:
"Hesabatda elmi institutlarda Qərbi Azərbaycanla bağlı şöbələrin yaradılması əks olunub. Dövlət qurumları Qərbi Azərbaycana qayıdışla əlaqədar konkret işlər görüblər. Bu sahədə görülən işlərə gələn ilin hesabatında geniş yer verilməsini təklif edirəm".
Oxşar xəbərlər
Ceyhun Bayramovla türkmənistanlı həmkarı İranın Naxçıvana dron hücumlarını müzakirə edib
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. BAKU.WS xəbər ve...