Hüseyn Həsənova Rusiyadan QADAĞA
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun bloqlarına qadağa qoyulub.
BAKU.WS xəbər verir ki, blogerin "Telegram" da daxil olmaqla, "Twitch" və "Kick" platformalarındakı hesabları Roskomnadzorun qadağan olunmuş məlumatlar reyestrinə salınıb.
Roskomnadzor adıçəkilən platformalardan Rusiyadakı hesablara girişi məhdudlaşdırmağı da tələb edib.
Hazırda Federal Vergi Xidməti də “vergi qanunlarının pozulması əlamətləri” ilə bağlı bir sıra nəzarət tədbirləri həyata keçirir.
Xatırladaq ki, Hüseyn Həsənov sonuncu dəfə toyu olacağı xəbərləri ilə gündəmə gəlib. Bir neçə gün əvvəl o, ailəsi ilə birlikdə paytaxt Bakıya təşrif buyurub.
Oxşar xəbərlər
İjevskdə məktəbdəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - VİDEO - YENİLƏNİB-4
İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər...