Hüseyn Abdullayev yenə məhkəmə qarşısına çıxacaq
Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Quska" kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir və bəraət istəyir.
Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.
Xatırladaq ki, "Quska" 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.
Oxşar xəbərlər
Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq dövründə, o cümlədən məhk...