Hulusi Akar: NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verəcək
NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı da kökündən sarsıdacaq.
BAKU.WS-in məlumatına görə, bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamasında bildirib.
İki ölkə arasındakı mövcud hərbi, siyasi münasibətlərə uyğun olmayan bu qərarı qınadıqlarını vurğulayan nazir deyib:
“Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Ciddi hava hücumu təhdidi altında olan ölkəmizin və 83 milyon vətəndaşımızın təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür və görüləcək.
NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı da kökündən sarsıdacaq. Ölkəmizin, millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək səyləri əzm və qətiyyətlə davam edəcək”.
Oxşar xəbərlər
Hulusi Akardan Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzi ilə bağlı daha bir AÇIQLAMA - VİDEO
Türkiyə Milli Müdafiə Maziri Hulusi Akar Ermənistan-Azərbaycan atəşkəsi üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin müzakirəsindən danışıb. Bu barədə “Habe...