Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI
Siyasət 111

Müxtəlif rəqəmsal yayım platformalarının günbəgün daha da populyarlaşmasından sonra Hollivud da dəyişməyə başladı. Son dövrlərin gənc ulduzları yalnız ekran işlərindəki uğurlu rolları ilə deyil, eyni zamanda sosial şəbəkə paylaşımları və beynəlxalq tədbirlərdəki iştirakları ilə də gündəmdən düşmürlər. Bu dəfə "Economics Times" Hollivudun parlayan gənc ulduzlarının siyahısını açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən həmin məşhurları təqdim edir:

"Disney" ulduzu kimi tanınan müğənni və aktrisa Zendaya, hər layihəsi ilə adından söz etdirməyi bacarır. Onun həm aktrisalığı, həm də qəribə libasları müzakirə mövzusu olur. O sonuncu dəfə "Challengers" və "Dune" filmlərinin davamında çəkilib.

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

"Queen's Gambit" və "Last Night In Soho" kimi layihələrlə ulduzu parlayan aktrisa Anya Teylor-Coy sonuncu dəfə "Furiosa: Bir Mad Max Destanı" filmində baş rol oynayıb.

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

"Wednesday" adlı serial ilə məşhurlaşan Cenna Orteqa "BeetleJuice"in ikinci filmi ilə tmaşaçılar qarşısına çıxmağa hazırlaşır.

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

"Call My By Your Name" filmi ilə karyerasına start verən aktyor Timoti Şalame "Wonka" və "Dune" filmlərindəki performansı ilə Hollivudun ən öndə gedən simaları arasına daxil oldu.

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

"Elvis" filmi ilə məşhurlaşan Ostin Batler sonuncu dəfə "Dune: Part Two"da "Feyd Rautha Harkonnen" obrazına həyat verib.

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

Sonuncu dəfə "Hit Man" filmi ilə tamaşaçı qarşısına çıxan Qlen Pauell, kariyerasına kiçik filmlərlə başlayıb. Daha sonra müxtəlif janrlı rkran əsərlərində rol alıb.

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

"Black Widow" və "Midsommar" kimi filmlərdə rol alan Florens Pyunun ulduzu "Oppenheimer" və "Dune" ilə parlayıb.

Hollivudun yeni nəsil ULDUZLARI AÇIQLANDI - FOTO - SİYAHI

Son xəbərlər