"Disney" abunəçilərinin diqqətinə: İyundan etibarən...

Disney abunəçilərinin diqqətinə: İyundan etibarən...
Siyasət 80

"Disney" şirkəti abunəçilərinin şifrə paylaşmasına məhdudiyyətlər tətbiq edəcək.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, "Walt Disney"in baş icraçı direktoru şirkətin iyun ayından etibarən şifrə paylaşımına qadağa qoyacağını deyib.

Amerikanın əyləncə platforması bu addımı ilə abunəçilərinin sayını sürətlə artırmaq və gəlirini çoxaltmağı planlayır.

"Walt Disney"in rəqibi "Netflix" də bir müddət əvvəl şifrə paylaşımına məhdudlaşdırma tətbiq edərək abunəçilərin sayını 22 milyon artırıb.

Yayım sənayesində öz sözünü deyən "Walt Disney" film və televiziya seriyalarını yenidən canlandırmaq üçün özünə ortaq şirkətlər axtarır.

Son xəbərlər