"Disney" film və televiziya şoularına xərcləri azaldır
"The Walt Disney" şirkəti film və televiziya şoularının çəkiliş xərclərini azaltmağı planlaşdırır. Şirkətin baş direktoru Robert Ayger şirkətin həcmdən çox keyfiyyətə diqqət yetirəcəyini söyləyib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Onun sözlərinə görə, şirkət hazırda tənəzzüldə olan biznesin bütün aspektlərini öyrənir və mənfəətin artırılması üçün tədbirlər hazırlayır.
"Disney çox güclüdür, bu günə qədər ailə əyləncəsində ən təsirli brenddir", - deyən Ayger əlavə edib: "İstehlakçılar may ayında "The Little Mermaid"i görəndə, bu, markanın nə qədər güclü olduğunu sizə xatırladacaq".
Oxşar xəbərlər
Di Kaprio dələduzluq işi üzrə dindirildi
Hollivud ulduzu, aktyor Leonardo Di Kaprio axtarışda olan malayziyalı iş adamı Coy Loun dələduzluq işi üzrə dindirilib. BAKU.WS xəbər verir ki, bu barədə "The H...