İran zənginləşdirilmiş uran ehtiyatlarını on dəfə artırıb
MAQATE İrandakı mübahisəli obyektlərdən birini ziyarət edərək respublikadakı zənginləşdirilmiş uran ehtiyatlarının razılaşdırılmış həcmdən on dəfə artıq olduğunu bildirib.
BAKU.WS APA-a istinadən xəbə verir ki, bu barədə Reuters məlumat yayıb.
MAQATE-nin hesabatına görə, İranın zənginləşdirilmiş uran ehtiyatları 534 kiloqram artaraq, 21054 kiloqrama çatıb ki, bu da 2015-ci ildə razılaşdırılmış həcmdən on qat çoxdur.
Müfəttişlərinin sentyabr ayında İranın ikinci ərazisini ziyarət edəcəyi qeyd olunur.
Tehran və MAQATE-nin birgə bəyanatında bildirilib ki, intensiv ikitərəfli məsləhətləşmələrin ardından tərəflər bu mövzuda “xoş niyyət ruhunda” bir razılığa gəliblər.
Qeyd edək ki, MAQATE-nin Baş direktoru Rafael Qrossi bazar ertəsi Tehrana ilk səfərinə gəlib və burada vitse-prezident, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi, həmçinin, Məhəmməd Cavad Zəriflə görüşlər keçirib.
Oxşar xəbərlər
ABŞ İranın Atom Enerji Təşkilatının rəhbərinə qarşı sanksiyalar tətbiq edib
Yanvarın 30-da ABŞ-ın Maliyyə Nazirliyi İranın Atom Enerjisi Təşkilatını və onun rəhbəri Əli Əkbər Salehinin adını sanksiyalar siyahısına əlavə edib. BAKU.WS xə...